Yuxarı

​Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi ifadə verməyə çağırıb

Viktor Yanukoviçi Baş Prokurorluğa avqustun 11-də saat 11:00-da çağırıblar

Bakı. 6 avqust. REPORT.AZ/ Baş Prokurorluq Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə ünvanladığı çağırış vərəqəsini rəsmi qəzetdə dərc edib.

"Report"un yerli KİV-lərə istinadən verdiyi məlumatına görə, Viktor Yanukoviçi Baş Prokurorluğa avqustun 11-də saat 11:00-da çağırıblar.

Belə ki, eks-prezident icraatda olan cinayət işi üzrə istintaqa ifadə vermək üçün şöbə rəisi Yuri Bezşasnının yanına gəlməlidir.

Qeyd edək ki, Yanukoviç hazırda Rusiyanın Rostov şəhərindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi