Ukraynanın Baş Prokurorluğu aclıq aksiyasına başlayan Saakaşvili barəsində istintaqın tamamlandığını bildirib

Ukraynanın Baş Prokurorluğu aclıq aksiyasına başlayan Saakaşvili barəsində istintaqın tamamlandığını bildirib Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili barəsində ev dustaqlığı həbs tədbirinin seçilməsini tələb edir.
Digər ölkələr
9 Dekabr , 2017 05:11
Ukraynanın Baş Prokurorluğu aclıq aksiyasına başlayan Saakaşvili barəsində istintaqın tamamlandığını bildirib

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın Baş Prokurorluğu Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili barəsində ev dustaqlığı həbs tədbirinin seçilməsini tələb edir.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu haqda Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan bildirib.

"Prokurorlar məhkəmədən əvvəl Saakaşvili barəsində elektron qolbağın daşınmasıyla ev dustaqlığı tədbirinin seçilməsi ilə bağlı xahiş edəcəklər", - deyə Sarqan "facebook"da yazıb.

O, qeyd edib ki, istintaq hərəkətləri başa çatıb.

Siyasətçinin vəkili isə bildirib ki, Saakaşvili müddətsiz aclıq aksiyasına başlayıb. 

Son xəbərlər

Orphus sistemi