Yuxarı

​Ukraynanın baş naziri istefa verdiyini bildirib - VİDEO

Qərar aprelin 12-də Ali Radaya çıxarılacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Ukraynanın baş naziri Arseni Yasenyuk istefa verdiyini bildirib.

"Report" xəbər verir ki, o bunu "Baş nazirlə 10 dəqiqə" verilişi zamanı bəyan edib.

"Mən baş nazir səlahiyyətlərini dayandırmaq barədə qərar qəbul etmişəm. Qərar aprelin 12-də Ali Radaya çıxarılacaq", — deyə baş nazir bildirib.

Arseni Yasenyuk "Xalq cəbhəsi" partiyasının onun istefasından sonra koalisiyada qalacağını əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi