Ukraynalı səfir qızının Londonda təhsili üçün pul toplayır

Ukraynalı səfir qızının Londonda təhsili üçün pul toplayır Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko sosial şəbəkə istifadəçilərinə qızının London Universitet Kollecində təhsili üçün vəsait toplamaq xahişi ilə müraciət edib.
Digər ölkələr
14 Avqust , 2022 21:37
Ukraynalı səfir qızının Londonda təhsili üçün pul toplayır

Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko sosial şəbəkə istifadəçilərinə qızının London Universitet Kollecində təhsili üçün vəsait toplamaq xahişi ilə müraciət edib.

Bu barədə “Report” “UNIAN”a istinadən xəbər verir.

Onun sözlərinə görə, qızı ailəsi ilə bir neçə ay Kanberrada keçirib və indi London Universitet Kollecində təhsil almaq üçün Londona gedir.

“Dostlar, lütfən, bizə qoşulun və onun Londondakı ilk ili üçün vəsait toplamaqda kömək edin”.

Diplomatın qızına təhsilinin ilk ili üçün 30 min funt sterlinq (36 400 dollar - Red) lazımdır. Bu günə qədər bu məbləğin 3 000 funt sterlinqi toplanıb.

Son xəbərlər

Orphus sistemi