Ukraynadakı münaqişə üzrə kontakt qrupun görüşü yaxın on gün ərzində Minskdə keçiriləcək

Ukraynadakı münaqişə üzrə kontakt qrupun görüşü yaxın on gün ərzində Minskdə keçiriləcək Belarusun paytaxtındakı danışıqların əsas məqsədi altqrupların işə salınmasıdır
Digər ölkələr
1 May , 2015 15:36
Ukraynadakı münaqişə üzrə kontakt qrupun görüşü yaxın on gün ərzində Minskdə keçiriləcək

Bakı. 1 may. REPORT.AZ/ Ukraynada münaqişənin həlli üzrə kontakt qrupunun növbəti görüşü yaxın on gün ərzində Minskdə keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə separatçı Donetsk Xalq Respublikasının kontakt qrupundakı nümayəndəsi Denis Puşilin bildirib. 

"Bu çox böyük görüş olacaq. Görüşdə bütün tərəflərin nümayəndələri iştirak edəcəklər. Belarus paytaxtında baş tutacaq danışıqların əsas məqsədi altqrupların fəaliyyətə başlamaları olacaq. Bütün mübahisəli məsələlər üzrə kompromis həll yolları tapılıb. İndi bu işi məntiqli şəkildə tamamlamaq lazımdır. Görüş yaxın on gün ərzində Minskdə keçiriləcək", - o qeyd edib. 

D.Puşilin tədbirin keçirilməsinə heç nəyin mane olmayacağına ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi