Yuxarı

​Ukraynada zəlzələ baş verib

Yeraltı təkanlar nəticəsində bəzi evlərin divarlarında çat əmələ gəlib

Bakı. 7 avqust. REPORT.AZ/ Ukraynada 4,9 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "UNN" agentliyinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Yeraltı təkanlar nəticəsində bəzi evlərin divarlarında çat əmələ gəlib.

"Mariupola rayonunda 4,9 bal gücündə zəlzələ olub. Hələlik insan tələfatı barəsində informasiya yoxdur" – deyə agentliyə bildirilib.

ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə isə, yeraltı təkanlar Mariupoladan 2 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi