Ukraynada zavodda partlayış baş verib: ölənlər var

Ukraynada zavodda partlayış baş verib: ölənlər var Partlayışın təmir zamanı baş verdiyi bildirilir
Digər ölkələr
16 Mart , 2017 22:21
Ukraynada zavodda partlayış baş verib: ölənlər var
Foto: "UNN"

Bakı. 16 mart. REPORT.AZ/ Ukraynanın Zaporojye şəhərindəki zavodlardan birində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "UNN" agentliyi şəhər polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə "Zaporojkoks" zavodunda qeydə alınıb. Hadisə zamanı 4 nəfər ölüb. Partlayışın təmir zamanı baş verdiyi bildirilir.

Belə ki, təmir zamanı yaranmış partlayış zamanı 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər isə təcili yardım maşınında ölüb.

Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə baxış keçirilir.

Son xəbərlər

Orphus sistemi