Ukraynada təyyarə qəzası baş verdi, ölənlər var

Ukraynada təyyarə qəzası baş verdi, ölənlər var Ukraynada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
1 may 2020 19:06
Ukraynada təyyarə qəzası baş verdi, ölənlər var

Ukraynada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti bildirib.

Qeyd edilir ki, hadisə Dneprpetrovsk əyalətində qeydə alınıb. Qəza zamanı iki nəfər həlak olub.

"Aviasiya hadisəsi Dneprovsk rayonunda, yaşayış məntəqəsindən kənarda olub. Xilasetmə xidmətləri hava gəmisinin yerə düşməsindən sonra yanması haqqında bildirdi. İki insan həlak oldu", - xidmətdə qeyd ediblər.

Yanğın yarım saat sonra lokallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi