Ukraynada “Ştaynmayer planı”na qarşı etirazlar artır

Ukraynada “Ştaynmayer planı”na qarşı etirazlar artır Ukraynada “Ştaynmayer planı”na qarşı silsilə etiraz aksiyaları keçirilib.
Digər ölkələr
2 Oktyabr , 2019 14:36
Ukraynada “Ştaynmayer planı”na qarşı etirazlar artır

Ukraynada “Ştaynmayer planı”na qarşı silsilə etiraz aksiyaları keçirilib.

“Report” UNN-a istinadən xəbər verir ki, aksiyalar Kyiv, Xarkiv, Zaporijiya, Mariupol, Lviv kimi böyük şəhərlərdə baş tutub. 

Belə ki, paytaxt Kyivdə müddətsiz etiraz aksiyası başlanıb, Müstəqillik meydanında “milli müqavimət qərargahı” yaradıldığı açıqlanıb.

Aksiya iştirakçıları əsas olaraq keçmiş prezident Leonid Kuçma tərəfindən imzalanmış “Ştaynmayer planı”nın təfərrüatını açıqlamağı, həmin sənədin Rusiyanın irəli sürdüyü şərtlərlə imzalandığı halda xarici işlər naziri Vadım Prıstaikonu və təmas qrupunun müvəkkili L.Kuçmanı istefaya göndərməyi və hər iki şəxsə qarşı cinayət işi başlamağı tələb edirlər.

Xatırladaq ki, Almaniyanın prezidenti və sabiq xarici işlər naziri Frank Valter Ştaynmayer tərəfindən hazırlanmış sözügedən plan (Rusiya tərəfindən işğal olunmuş) Donbas regionuna Ukrayna tərkibində xüsusi status verilməsini və burada Ukrayna qanunlarına əsasən seçkilər keçirməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi