​Ukraynada səyahət gəmisi batıb, 12 nəfər ölüb

​Ukraynada səyahət gəmisi batıb, 12 nəfər ölüb Qəza nəticəsində bir nəfər itkin düşüb
Digər ölkələr
17 Oktyabr , 2015 23:45
​Ukraynada səyahət gəmisi batıb, 12 nəfər ölüb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhəri yaxınlığında səyahət gəmisinin qəzaya uğraması nəticəsində ən azı 12 nəfər batıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Axtarış işləri nəticəsində 23 nəfəri xilas etmək mümkün olub, 12 nəfərin meyiti tapılıb. Axtarış işləri davam edir. Məlumat yenilənəcək", - deyə məlumatda bildirilir.

Bununla yanaşı gəminin göyərtəsində 36 nəfərin olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi