Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib.
Onun sözlərinə görə, uşaqlardan birinin vəziyyəti ağırdır və o, reanimasiyadadır.
“Hazırda hadisə yerinə baxış keçirilir və təhlükəli eksponatların mənşəyi araşdırılır. Müstəntiqlər hadisə yerində işləyir. Təqsirkarlar cəzalandırılacaq”, - V.Çaus deyib.