Ukraynada partlayış baş verən şaxtada 10 nəfər ölüb - YENİLƏNİB

Ukraynada partlayış baş verən şaxtada 10 nəfər ölüb - YENİLƏNİB Qəza baş verən şaxtadan 20 şaxtaçı xilas edilib
Digər ölkələr
2 Mart , 2017 17:53
Ukraynada partlayış baş verən şaxtada 10 nəfər ölüb - YENİLƏNİB

Bakı. 2 mart. REPORT.AZ/ Lvov vilayətində qəza baş verən şaxtadan 20 şaxtaçı xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Ukrayna Şaxtaçıları Həmkarlar İttifaqının məlumatına görə, metan partlaması nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Ukrayna Baş naziri Vladimir Qroysman, energetika naziri İqor Nasalik və Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbəri Nikolay Çeçetkin hadisə yerinə gediblər.

*** 16:57

Ukraynada Lvov vilayətinin Sokol rayonunun Qluxov kəndində "Lvovuqol" ASC-yə məxsus şaxtada partlayış baş verib.

"Report" "Unian"a istinadən xəbər verir ki, metan partlaması nəticəsində qaya çöküb.

Hadisə zamanı şaxtada 172, qəza sahəsində 34 nəfər olub. Onlardan 11-i ölüb, 6 yaralı şaxtaçı yuxarı çıxarılıb. 20 şaxtaçının taleyi naməlum olaraq qalır.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi