Yuxarı

​Ukraynada qəzaya uğrayan "Boeing" qurbanlarının yeni qalıqları tapılıb

İnsan qalıqları Qrabovo yaşayış məntəqəsi yaxınlığında aşkar edilib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Ukraynada qəzaya uğrayan Malaziyaya məxsus "Boeing" təyyarəsi qurbanlarının yeni qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə Niderlandın Təhlükəsizlik və Ədliyyə Nazirliyinə istinadən TASS məlumat yayıb.

"Qalıqlar Qrabovo yaşayış məntəqəsi yaxınlığında aşkar edilib. Yaxın vaxtlarda onları Xarkova, oradan isə Amsterdama gətirəcəklər", - deyə nazirlikdən bildirilib.

Qeyd olunur ki, təyyarənin göyərtəsində olan 298 nəfərdən ikisinin qalıqları hələ də eyniləşdirilməyib. İndi tapılan qalıqlar holland kriminalist-ekspertlərinə təqdim ediləcək.

Hadisə 17 iyul 2014-cü il tarixində baş verib. Amsterdamdan Kuala-Lumpura uçan Malaziya təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb. Nəticədə təyyarənin göyərtəsində olan 10 ölkənin 298 vətəndaşı həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi