Bakı. 29 iyul. REPORT.AZ/ Malayziyaya məxsus “Boeing” tipli sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar tribunalın yaradılmasına dair qətnamə bu gün axşam
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya tərəfi sənədə mənfi münasibət bildirərək qətnamənin əleyhinə səs verəcəyini bəyan edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin hələ iki gün əvvəl bildirmişdi ki, Moskva bu qətnamənin qəbul edilməsinə imkan verməyəcək.
Xatırladaq ki, 2014-cü ilin 17 iyul tarixində Donetsk vilayətində Amsterdamdan Kuala Lumpura uçuş həyata keçirən "Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Faciə nəticəsində 298 nəfər həyatını itirib.