Ukraynada ölkə tarixində ilk dəfə müsəlman təşkilatları arasında xartiya imzalanıb

Ukraynada ölkə tarixində ilk dəfə müsəlman təşkilatları arasında xartiya imzalanıb Xartiyanı ölkənin müsəlman təşkilatlarının onlarla nümayəndəsi imzalayıb
Digər ölkələr
5 Dekabr , 2016 22:26
Ukraynada ölkə tarixində ilk dəfə müsəlman təşkilatları arasında xartiya imzalanıb

Kiyev. 5 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə ölkənin müsəlman təşkilatlarının iştirakı ilə “Ukrayna müsəlmanları xartiyası”nın imzalanması ilə bağlı “dəyirmi masa” baş tutub.

“Report” xəbər verir ki, tədbirin təşkilatçıları qismində Krım müsəlmanları ruhani idarəsi, “UMMA” müsəlman ruhani idarəsi və и “Bütöv Ukrayna “Əlraid” ictimai birliyi çıxış ediblər.

Tədbir zamanı müstəqil Ukrayna tarixində ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən müsəlman təşkilatlarının birgə xartiyası imzalanıb. Xartiyanı ölkənin müsəlman təşkilatlarının onlarla nümayəndəsi imzalayıb.

Sənədi hazırlayanlardan biri, “UMMA” müsəlman ruhani idarəsinin müftisi Səid İsmailov “Report”a müsahibəsində bildirib ki, sənəd deklarativ xarakter daşıyır və ölkədəki müsəlmanların biri biri ilə və ümumilikdə dövlətə, dövlət dilinə, mədəniyyətinə münasibətini əks etdirir.

"Xartiya müsəlman dini və ictimai təşkilatıarına öz mövqeyinin birgə səsləndirməsinə, ölkənin aktual məsələlərinə ümumi rəy bildirməsinə şərait yaradacaq”, - S.İsmailov bildirib.

Son xəbərlər

Orphus sistemi