Ukraynada müdafiə nazirinin müavini korrupsiya sxemində iştirak etdiyinə görə saxlanılıb

Ukraynada müdafiə nazirinin müavini korrupsiya sxemində iştirak etdiyinə görə saxlanılıb O, təxminən, 5,56 milyon ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə ittiham edilir
Digər ölkələr
11 Oktyabr , 2017 16:48
Ukraynada müdafiə nazirinin müavini korrupsiya sxemində iştirak etdiyinə görə saxlanılıb
Tass/ Zuma

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) əməkdaşları dövlət vəsaitinin mənimsənilməsində şübhəli bilinən müdafiə nazirinin müavinini və Müdafiə Nazirliyinin Dövlət satınalmaları və maddi resurslarının tədarükü departamentinin direktorunu saxlayıb.

Bu barədə "Report" "112.ua" portalına istinadən xəbər verir.

İstintaq məlumatlarına görə, maye yanacaq satınalması üzrə müsabiqədə təchizatçı ilə qanunsuz şəkildə bir sıra əlavə sazişlər imzalanıb və bu, ilkin qiymətin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb.

"Nəticədə təchizatçının xeyrinə əsassız və qanunsuz şəkildə dövlət büdcəsindən 149,339 milyon qriven (təxminən, 5,65 milyon dollar) vəsait köçürülüb", - UMAB-nin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi