Ukraynada meydanda Petro Poroşenkoya yumurtalar atıblar - VİDEO

Ukraynada meydanda Petro Poroşenkoya yumurtalar atıblar - VİDEO Ukraynanın sabiq prezidenti Petro Poroşenko Kiyevin mərkəzində keçirilən etiraz aksiyalarında iştirak edib.
Digər ölkələr
8 Dekabr , 2019 23:33
Ukraynada meydanda Petro Poroşenkoya yumurtalar atıblar - VİDEO

Ukraynanın sabiq prezidenti Petro Poroşenko Kiyevin mərkəzində keçirilən etiraz aksiyalarında iştirak edib.

“Report” xəbər verir ki, bu barədə UNİAN bildirib.

Qeyd edilir ki, ölkənin keçmiş lideri aksiya iştirakçıları qarşısında tribunada çıxış edib. Ukraynanın dövlət himninin ifasından sonra Poroşenko “Yaşasın Ukrayna!”, - deyib.

Bundan sonra kütlə içindən səhnəyə yumurtalar atılıb. Yumurtalardan biri keçmiş prezidentin həyat yoldaşına dəyib. Səhnəyə atılan ikinci yumurtanı isə "Avropa həmrəyliyi" partiyasından olan deputat tutub.

Bundan sonra Poroşenko kütləyə çağırış edərək yumurtaları atmış şəxsi tapmaqla bağlı müraciət edib.

 

Son xəbərlər

Orphus sistemi