​Ukraynada məhbus mübadiləsi başa çatdırılır

​Ukraynada məhbus mübadiləsi başa çatdırılır Ukraynanın şərq bölgəsindəki münaqişə 4700 insanın həyatına son qoyub
Digər ölkələr
28 Dekabr , 2014 06:36
​Ukraynada məhbus mübadiləsi başa çatdırılır

Bakı. 28 dekabr. REPORT.AZ/ Ukrayna separatistləri tərəflər arasında məhbus mübadiləsindən bir gün sonra daha bir neçə məhbusu Kiyevə təhvil verməlidir.

Beləliklə məhbus mübadiləsi başa çatdırılacaq.

"Report" Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Ukraynanın prezident administrasiyası 222 separatistin və 146 hökumət əsgərinin mübadilə edildiyini bildirib.

Ukraynanın şərq bölgəsindəki münaqişə 4700 insanın həyatına son qoyub. Onların 1300-ü sentyabrda əldə edilən atəşkəsdən sonra öldürülüb.

Son xəbərlər

Orphus sistemi