Ukraynada kommunal borcu olanların xaricə getməsi qadağan olunur

Ukraynada kommunal borcu olanların xaricə getməsi qadağan olunur Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşları xaricə getmək hüququndan məhrum edilir və nəqliyyat vasitələri müsadirə olunur.
Digər ölkələr
124
20 İyun , 2020 06:49
Ukraynada kommunal borcu olanların xaricə getməsi qadağan olunur

Kommunal xidmətlərə görə xeyli miqdarda borcu olan Ukrayna vətəndaşları xaricə getmək hüququndan məhrum edilir və nəqliyyat vasitələri müsadirə olunur.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Ədliyyə naziri Denis Malyuska deyib.

Onun sözlərinə görə, hər bir vətəndaşın nə qədər vəsaiti olmasını öyrənmək çətin deyil: “Buna bənzər tədbirlər külli miqdarda borcu olan vətəndaşlara tətbiq edilir. Onlar pensiya alan şəxslər qədər ödəniş etmir. Halbuki, pensiyaçılar nümunəvi vətəndaşlardır”.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ukrayna əhalisinin mənzil-kommunal xidmətlərə olan ümumi borcu əvvəlki aya nisbətən 1,8% azalaraq 60,2 milyard qrivna təşkil edib.

Son xəbərlər

Orphus sistemi