Ukraynada kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb

Ukraynada kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.
Digər ölkələr
8 Dekabr , 2019 14:04
Ukraynada kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10-a çatıb

Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hadisə zamanı zərər çəkənlərə yardım göstərilməsi və faciənin başvermə şəraitini tezliklə müəyyənləşdirmək üçün dövlət orqanlarına tapşırıqlar verib. V.Zelenski dekabrın 8-ini ölkədə ümummilli matəm günü elan edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis yanğının törədilməsində 2 nəfərdən şübhələnir.

Qeyd edək ki, hadisə dekabrın 4-də baş verib. Daha əvvəl yanğın zamanı 8 nəfərin həlak olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi