Ukraynada karantin müddəti uzadıldı

Ukraynada karantin müddəti uzadıldı Bu barədə hökumətin iclasında səhiyyə naziri Maksım Stepanov bildirib
Digər ölkələr
17 Fevral , 2021 17:15
Ukraynada karantin müddəti uzadıldı

Ukrayna hökuməti ölkədə karantin rejiminin aprelin 30-dək uzadır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında səhiyyə naziri Maksım Stepanov bildirib.

Nazirin təqdim etdiyi qərar layihəsində ölkə ərazisində fövqəladə vəziyyətin də müddətini aprelin 30-dək uzatmaq nəzərdə tutulur.

Bununla yanaşı, ayrı-ayrı bölgələrdə vəziyyətə görə yerli məhdudiyyətlə tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi