Ukraynada hərbi təyyarə qəzaya uğrayıb

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb Hadisə yerinə xilasedicilər yollanıb
Digər ölkələr
29 Sentyabr , 2017 15:38
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb
EPA/ROMAN PILIPEY

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ukraynanın Xmelnitski şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" UNIAN-a istinadən xəbər verir ki, bu barədə Xmelnitski Vilayət Dövlət Administrasiyasının nümayəndəsi məlumat verib.

"Bu gün Xmelnitskidən, təxminən, 20-30 km məsafədə hərbi təyyarə qəzaya uğrayıb", - məlumatda deyilir. Administrasiya nümayəndəsinin sözlərinə görə, hadisə yerinə xilasedicilər, eləcə də Xmelnitski vilayətində Starokonstantinov şəhərində yerləşən hərbi hissənin rəhbərliyi yollanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri aparılır, hadisənin detalları müəyyənləşdirilir. Təyyarənin növü barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi