Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verən ərazidəki dağıntılar altından yeni meyitlər çıxarılır.
"Report"un hadisə yerində olan Şərqi Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, həlak olanların sayı ilə bağlı yaxın saatlarda rəsmi məlumat veriləcək.
Həmşinin qeyd olunur ki, qəzaya uğramış helikopterin qalıqları yaxınlıqdakı yaşayış binasındakı 1 nəfəri öldürüb.
Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.
Qəza nəticəsində daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.
“Report”un ərazidən çəkdiyi fotoları təqdim edirik: