Yuxarı
    Bağlamaq

    Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun bərpasına 8 mlrd. dollar tələb olunacaq

    Ukraynanın Baş naziri növbəti dəfə separatçıları Donetsk və Luqansk vilayətlərində infrastrukturun qəsdən dağıdılmasında ittiham edib

    Bakı. 19 avqust. REPORT.AZ/ Ukraynada hərbi əməliyyatlar nəticəsində dağıdılmış infrastrukturun və müəssisələrin bərpa işlərinin dəyəri 8 mlrd. dollara çata bilər. 

    Report RİA NOVOSTİ-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk ən iri aqrar məhsul istehsalçıları ilə müşavirədə bildirib. 

    "Əgər Donbassda infrastrukturun və digər dağıntıların bərpası üçün biz 8 mlrd. qriven haqqında müzakirələr aparırdıqsa, indi bu rəqəm 8 mlrd. dollara çata bilər" — deyə, Yatsenyuk qeyd edib. 

    Çıxışı zamanı o, növbəti dəfə separatçıları Donetsk və Luqansk vilayətlərində infrastrukturun qəsdən dağıdılmasında, eləcə də insanların qətlində ittiham edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi