Ukraynada etirazçılarla toqquşma zamanı 20-dən çox polis xəsarət alıb

Ukraynada etirazçılarla toqquşma zamanı 20-dən çox polis xəsarət alıb Etirazçılar Odessada çoxmərtəbəli binanın tikintisinə qarşı çıxış ediblər
Digər ölkələr
18 Noyabr , 2017 23:33
Ukraynada etirazçılarla toqquşma zamanı 20-dən çox polis xəsarət alıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Ukraynanın Odessa şəhərində çoxmərtəbəli binanın tikintisinə qarşı çıxan etirazçılarla polis əməkdaşları arasında baş verən toqquşma nəticəsində 20-dən çox qanun keşikçisi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli Milli Polisin regional idarəsinin məlumatnda bildirilir.

"Bu gün Şəhər bağında "Bizim yay teatrımız"ın üzvlərinin aksiyası zamanı 20-dən çox polis əməkdaşı travma alıb. Hüquq-mühafizə orqanları əməkdaşları "baş beyinin silkələnməsi", "qançır", "zədələnmə", "dərinin kimyəvi yandırılması", həmçinin "kimyəvi mənşəli konyunktivit" diaqnozları ilə tibbi yardım üçün müraciət ediblər", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi