Ukraynada erməni əsilli nazirin istefasının səbəbi bilindi

Ukraynada erməni əsilli nazirin istefasının səbəbi bilindi Erməni əsilli Arsen Avakov Ukraynanın daxili işlər naziri vəzifəsindən prezident Vladimir Zelenskinin istəyi əsasında istefa verib.
Digər ölkələr
313
16 İyul , 2021 00:35
Ukraynada erməni əsilli nazirin istefasının səbəbi bilindi

Erməni əsilli Arsen Avakov Ukraynanın daxili işlər naziri vəzifəsindən prezident Vladimir Zelenskinin istəyi əsasında istefa verib.

“Report” xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.

“Prezident, Arsen Avakovun istefa etməsini təklif edib, Arsen Borisoviç isə bu qərarı qəbul etdi”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, atılan addım tamamilə balanslı idi: “Bu məsələdən az adam xəbərdar olub və çoxdan hazırlanırdı”.

Son xəbərlər

Orphus sistemi