Ukraynada elektrik enerjisinin tarifləri 26 faiz artırılıb

Ukraynada elektrik enerjisinin tarifləri 26 faiz artırılıb Enerjinin tarifləri 1,29 qrivnadan 1,68 qrivnaya qədər bahalaşıb
Digər ölkələr
1 Mart , 2017 02:04
Ukraynada elektrik enerjisinin tarifləri 26 faiz artırılıb

Bakı. 1 mart. REPORT.AZ/ Bu gündən etibarən Ukraynada növbəti dəfə əhali üçün elektrik enerjisinin tarifləri artırılıb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, martın 1-dən enerjiyə görə 26 faiz çox ödəniş etmək lazım gələcək.

Elektrik enerjisinin qiymətinin artırılması barədə qərar hələ 2015-ci ilin fevralında energetika və kommunal xidmətlər sahəsində dövlət tənzimlənməsini həyata keçirən Milli Komissiya tərəfindən qəbul edilib. Qərar iki il ərzində əhali üçün elektrik enerjisi tariflərini beş mərhələdə artırılmasını nəzərdə tutur.

"İndiki bahalaşma əhali üçün elektrik enerjisinin qiymətinin aradan qaldırılması və çarpaz subsidiyalaşdırılmanın bərabərləşdirilməsinin beşinci mərhələsi çərçivəsində baş verir", - deyə qurum xatırladıb.

Beləliklə, martın 1-dən elektrik enerjisinin tarifləri 26 faiz artırılaraq 1,29 qrivnadan 1,68 qrivnaya qədər bahalaşıb.

Son xəbərlər

Orphus sistemi