Bakı. 28 iyul. REPORT.AZ/ Ukraynanın Sumski vilayətində "Ukroboronprom" müəssisəsinin sınaq stansiyasında baş verən partlayış nəticəsində 3 hərbçi ölüb, 2-si yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna mərkəzi regionunun Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, stansiyada istifadə müddəti ötmüş döyüş sursatları boşaldılan zaman partlayış baş verib.