Bakı. 28 may. REPORT.AZ/ Ukraynanın Nikolayevski vilayətində yerli deputat Yuri
Kondratenkovun evi atəşə tutulub.
"Report" xəbər verir ki, bu barədə "Batkivşina" partiyasının vilayət üzrə təşkilatının rəhbəri Mixail Sokolova istinadən "112 Ukraina" telekanalı məlumat yayıb.
"Voznesensk şəhərində naməlum şəxslər təhdid və ya xəbərdarlıq məqsədi ilə şəhər şurasının "Batkivşin"a partiyasından olan deputatı Yuri Kondratenkovun yaşadığı evi atəşə tutublar. Həmçinin evin qapısı üzərində nəyisə xatırladan çələng asılıb və nişan şəkili çəkilib", - deyə o əlavə edib.
Kondratenkov özü isə baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirir.
