Ukraynada deputata silahlı hücum edilib, 3 yaşlı oğlu öldürülüb

Ukraynada deputata silahlı hücum edilib, 3 yaşlı oğlu öldürülüb Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.
Digər ölkələr
2 Dekabr , 2019 01:10
Ukraynada deputata silahlı hücum edilib, 3 yaşlı oğlu öldürülüb

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Qeyd olunub ki, silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

İş adamına silahlı hücum Kiyev şəhərinin Leo Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi