Ukraynada deputat casusluq etdiyi üçün saxlanılıb

Ukraynada deputat casusluq etdiyi üçün saxlanılıb Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.
Digər ölkələr
31 Yanvar , 2023 13:26
Ukraynada deputat casusluq etdiyi üçün saxlanılıb

Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan deputat müxalif "Müxalifət Platforması – Həyat Üçün" (OPZJ) Partiyasındandır və adı açıqlanmır.

Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə casusluq etdiyi aşkar olunduğu bildirilir. Məlumata görə, deputat strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. Deputatın adı istintaq sirri səbəbindən açıqlanmır.

Qeyd edək ki müharibə müddətində Ukraynanın seçkili və inzibati orqanlarında bir sıra vəzifəli şəxslər casusluq və xəyanət səbəbi ilə saxlanılıb.

OPZJ partiyasının fəaliyyəti Ukraynada qadağan olunub.

Son xəbərlər

Orphus sistemi