Ukraynada dəfn mərasimində 100-dən çox kriminal avtoritet tutulub

Ukraynada dəfn mərasimində 100-dən çox kriminal avtoritet tutulub Saxlanılanlar arasında bir sıra ölkələrdən gəlmələr də var
Digər ölkələr
28 Avqust , 2016 20:56
Ukraynada dəfn mərasimində 100-dən çox kriminal avtoritet tutulub

Bakı. 28 avqust. REPORT.AZ/ Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətində kriminal avtoritetlərin kütləvi şəkildə saxlanılması üzrə böyük əməliyyat həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə bazar günü İdarənin mətbuat xidməti məlumat yayıb.

"UTX milli polislə birgə Svyatoqorsk rayonunda Ukrayna ərazisində qalmalarının qanuniliyini yoxlamaq məqsədi ilə "qanuni oğrular"dan birinin dəfn mərasiminə gələn 106 kriminal avtoriteti saxlayıb", - deyə məlumatda bildirilir.

Xüsusi xidmət orqanının məlumatına görə, saxlanılanlar arasında bir sıra ölkələrdən gəlmələr də var.

Son xəbərlər

Orphus sistemi