Yuxarı

​Ukraynada Debaltsevo şəhərinin atəşə tutulması nəticəsində 5 nəfər ölüb

Milis isçiləri ölənlərin cəsədlərini dağıntılar altından çıxarırlar

Bakı. 8 fevral. REPORT.AZ/ Ukraynanın Debaltsevo şəhərinin artilleriya atəşinə tutulması nəticəsində beş nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəisi Vyaçeslav Abroskin məlumat verib.

“Birbaşa hədəfi vurmaları nəticəsində beş nəfər həlak olub. Milis isçiləri ölənlərin cəsədlərini dağıntılar altından çıxarırlar”, — deyə o, Facebook səhifəsində yazıb.

Abroskin insanların ölümündə separatçıları günahlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi