Ukraynada bir gündə 465 nəfər koronavirusdan ölüb

Ukraynada bir gündə 465 nəfər koronavirusdan ölüb Ukraynada son sutkada koronavirusa yoluxanların sayı kəskin artıb.
Digər ölkələr
9 Dekabr , 2021 11:29
Ukraynada bir gündə 465 nəfər koronavirusdan ölüb

Ukraynada ötən gün 12 376 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada 2 449 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirilib, 465 nəfər vəfat edib, 24 547 nəfər isə sağalıb.

Qeyd edək ki, Ukraynada indiyədək 3 532 357 nəfərə COVID-19 diaqnozu qoyulub, onlardan 3 133 970 nəfəri sağalıb, 89 901 nəfər isə ölüb.

Son xəbərlər

Orphus sistemi