Bakı. 29 may. REPORT.AZ/ Ukraynanın Kiyev vilayətinin Brovar rayonunun Litoçki kəndindəki yaşayış evində baş vermiş yanğın zamanı 5 nəfər ölüb. “Report”un məlumatına görə, 10 nəfərin taleyi hələlik naməlumdur.
Məlumata görə, yanğın yerli vaxtla saat 03:48 radələrində başlayıb. Yaşlı insanların müvəqqəti yaşadığı şəxsi ev mülkündə hadisə zamanı 35 nəfər olub. Onlardan 18 nəfəri xilas edilib.
Saat 05:25-də söndürülmüş yanğının ətraf əraziyə yayılmasının qarşısının alınmasına 35 yanğınsöndürən, 9 texnika cəlb edilib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.