Ukrayna Xorvatiya Prezidentinin üzr istəməsini tələb edir

Ukrayna Xorvatiya Prezidentinin üzr istəməsini tələb edir Ukrayna Xorvatiya Prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir.
Digər ölkələr
270
25 Yanvar , 2022 23:23
Ukrayna Xorvatiya Prezidentinin üzr istəməsini tələb edir

Ukrayna Xorvatiya Prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

“Xorvatiyanın Ukraynadakı səfiri Anitsa Jamiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb. Ukrayna Xorvatiya Prezidentindən bu bəyanatların açıq şəkildə təkzib edilməsini, eləcə də gələcəkdə təkrarlanmamasını tələb edir”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi