Ukrayna XİN rəhbəri AEBA-nın baş direktoru ilə görüşüb

Ukrayna XİN rəhbəri AEBA-nın baş direktoru ilə görüşüb Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Digər ölkələr
29 Noyabr , 2022 18:14
Ukrayna XİN rəhbəri AEBA-nın baş direktoru ilə görüşüb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə D.Kuleba tviterdə yazıb.

“Buxarest səfərimə AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşlə başladım. Zaporojye AES-dəki vəziyyəti, o cümlədən orada işləyən ukraynalı personalın təhlükəsizliyini müzakirə etdik”, - o qeyd edib.

Nazir vurğulayıb ki, nüvə təhlükəsizliyini bərpa etmək üçün Rusiya Zaporojye AES-in ərazisindən çıxmalıdır.

Son xəbərlər

Orphus sistemi