Bakı. 6 sentyabr. REPORT.AZ/ Ukrayna Daxili İşlər Nazirliyi ilə Türkiyə Sahil Mühafizə Xidməti Qara dənizdə birgə patrul xidməti barədə razılığa gəliblər.
“Report” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.
“Türkiyə Sahil Mühafizə Xidmətinin komandanı Əhməd Kendirlə Qara dənizdə sərhədçilərin birgə fəaliyyəti ilə bağlı ciddi məsləhətləşmələr aparırıq. Missiya monitorinq və çevik cavablandırma tədbirlərini, müştərək qruplar yaratmağı, məlumat mübadiləsini nəzərdə tutur”, - o qeyd edib.
A.Avakov bildirib ki, bütün bunlar Ukraynanın Qara dənizdə imkanlarını artırmağa şərait yaradır.