Ukrayna və Türkiyə azad ticarət sazişi ilə bağlı danışıqları aktivləşdirəcəklər

Ukrayna və Türkiyə azad ticarət sazişi ilə bağlı danışıqları aktivləşdirəcəklər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.
Digər ölkələr
7 Noyabr , 2019 06:35
Ukrayna və Türkiyə azad ticarət sazişi ilə bağlı danışıqları aktivləşdirəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Danışıqlar zamanı Ukrayna və Türkiyə prezidentlərinin həmsədrliyi ilə yüksək səviyyəlı Strateji Şuranın növbəti iclasının Kiyevdə keçirilməsinin hazırlıq vəziyyəti müzakirə edilib", - deyə xəbərdə bildirilir.

Tərəflər qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə əməkdaşlığın sonrakı mərhələdə gücləndirilməsi əhval-ruhiyyəsini qeyd ediblər.

Dövlət başçıları Ukrayna və Türkiyə arasında azad ticarət haqqında sazişin bağlanmasına hazırlıq üzrə danışıqlar prosesinin aktivləşməsi zəruriliyini razılaşdırıblar.

Rəsmi xəbərdə vurğulanır ki, Ərdoğan Türkiyənin Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyinin dəyişməzliyini qeyd edib.

Türkiyə lideri həmçinin Ukraynanın dövlət başçısının Donetsk hövzəsində vəziyyətin sülh yolu ilə nizamlanması üzrə addımlarını alqışlayıb.

Son xəbərlər

Orphus sistemi