Ukraynanın Rusiyaya qarşı iddiası əsasında beynəlxalq məhkəmə prosesi başlayacaq

Ukraynanın Rusiyaya qarşı iddiası əsasında beynəlxalq məhkəmə prosesi başlayacaq Məhkəmə iclası mart 6-dan 9-dək Haaqada keçiriləcək
Digər ölkələr
4 Mart , 2017 12:36
Ukraynanın Rusiyaya qarşı iddiası əsasında beynəlxalq məhkəmə prosesi başlayacaq

Bakı. 4 mart. REPORT.AZ/ Martın 6-dan 9-dək Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (BMT Beynəlxalq Məhkəməsi - red.) Ukraynanın Rusiyaya qarşı iddia ərizəsi üzrə məhkəmə iclası olacaq.

Bu barədə "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, Ukrayna yanvarın 16-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə Konvensiyanın və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın şərtlərinin pozulması ilə bağlı Rusiyaya qarşı iddia qaldırıb.

Müvəqqəti tədbirlər müvəqqəti məhkəmə qadağası kimi bir sanksiyadır. Onların məqsədi məhkəminin mübahisə üzrə yekun qərar qəbul etməsinə qədər vəziyyətin dondurulmasıdır.

Son xəbərlər

Orphus sistemi