Fransa və Ukrayna liderlərinin telefon danışığının təfərrüatı məlum olub

Fransa və Ukrayna liderlərinin telefon danışığının təfərrüatı məlum olub Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Digər ölkələr
16 Avqust , 2022 20:53
Fransa və Ukrayna liderlərinin telefon danışığının təfərrüatı məlum olub

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə Zaporojye atom elektrik stansiyasındakı vəziyyəti müzakirə edib, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyindən Ukraynaya mümkün qədər qısa müddətdə müşahidəçi missiyasının göndərilməsinin tərəfdarı olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Zaporojye atom elektrik stansiyası ətrafında yaranmış vəziyyətdən danışan Makron Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun təşkilatın nümayəndələrinin ən qısa zamanda Ukraynaya göndərilməsi təklifini dəstəklədiyini bildirib və ölkə prezidentləri belə missiyanın üsulları haqqında fikir mübadiləsi aparıblar”, - Fransa liderinin administrasiyasından bildiriblər.

E.Makron Zaporojye atom elektrik stansiyasındakı vəziyyətdən narahatlığını ifadə edib və onun təhlükəsizliyinə təhdidlərin Rusiya silahlı qüvvələrinin mövcudluğu və hərəkətləri, həmçinin hərbi kontekst və davam edən münaqişələr səbəbindən yarandığını iddia edib. O, bununla bağlı Rusiya hərbçilərinin elektrik stansiyasının ərazisindən çıxarılmasını tələb edib.

17:33

Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində yazıb.

“Cəbhədəki durum, Rusiyanın nüvə terroru barədə həmkarımı məlumatlandırdım. Həmçinin ərzaq təhlükəsizliyinə dair fikir mübadiləsi apardıq. Biz Rusiyaya qarşı sanksiyaları artırmalıyıq”, - Ukrayna lideri bildirib.

Son xəbərlər

Orphus sistemi