​Ukrayna üzrə kontakt qrupunun Minsk görüşündə sənəd imzalanmayıb

​Ukrayna üzrə kontakt qrupunun Minsk görüşündə sənəd imzalanmayıb Danışıqların hələ davam etdirildiyi bildirilir
Digər ölkələr
1 Fevral , 2015 00:29
​Ukrayna üzrə kontakt qrupunun Minsk görüşündə sənəd imzalanmayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ukrayna üzrə kontakt qrupunun Minskdə aparılan danışıqları başa çatıb.

"Report"un verdiyi xəbər görə, qondarma Luqansk Xalq Respublikası separatçılarını təmsil edən Vladislav Deyneqo "RİA Novosti"yə bildirib ki, yekun sənəd imzalanmayıb və onun müzakirəsi hələ davam edir.

Görüş bağlı qapılar arxasında keçirilib. Danışıqların rəsmi və ya qeyri-rəsmi xarakter daşıdığı məlum deyil.

Minskdə Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini, həmçinin separatçıların nümayəndələri bir araya gəliblər.

Son xəbərlər

Orphus sistemi