​Ukrayna üzrə kontakt qrupu atəşkəs barədə razılıq əldə edib

​Ukrayna üzrə kontakt qrupu atəşkəs barədə razılıq əldə edib Minskdə keçirilən ikitərəfli görüş başa çatıb
Digər ölkələr
11 Fevral , 2015 04:15
​Ukrayna üzrə kontakt qrupu atəşkəs barədə razılıq əldə edib

Bakı. 11 fevral. REPORT.AZ/ Minskdə Ukraynanın şərqində yaranan vəziyyətin nizamlanması üzrə üçtərəfli kontakt qrupunun ikitərəfli görüşü başa çatıb. Konfrans iştirakçıları rəsmi bəyanat verməyiblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, danışıqlar Minskin mərkəzində diplomatik qəbul üçün nəzərdə tutulan malikanədə mətbuata qapalı formatda aparılıb.

Danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, ATƏT-in xüsusi nümayəndəsi Adelheyd (Haydi) Talyavini, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, həmçinin qondarma Donetsk və Luqansk respublikalarının təmsilçiləri Denis Puşilin və Vladislav Deyneqo iştirak ediblər.

TASS agentliyinin öz mənbəsinə istinadən verdiyi xəbərə görə, görüşdə ağır silahların tərəflərin müharibə etdiyi təmas xəttindən geri çəkilməsi, həmçinin atəşkəs rejimi və onun yerinə yetirilməsinə nəzarət barədə razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi