Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq

Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq Bakı. 12 yanvar. REPORT.AZ/ Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları (PUA) alacaq.
Digər ölkələr
12 Yanvar , 2019 17:51
Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları alacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları (PUA) alacaq. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko şənbə günü özünün "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal olunacaq 6 ədəd “Bayraktar TB2” tipli dron qarşıdakı bir il ərzində sifarişçiyə çatdırılacaq.

“Bayraktar TB2” tipli dronların müasir standartlara uyğun gələrək həm müşahidə və kəşfiyyat, həm də döyüş məqsədilə istifadə üçün yararlı olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi