Yuxarı
    Bağlamaq

    Ukrayna sutka ərzində 2 hərbçisini itirib, 6-sı yaralanıb

    Münaqişə zonasında vəziyyət neçə gündür gərgin olaraq qalır

    Bakı. 1 fevral. REPORT.AZ/ Günün əvvəlindən Ukraynanın anti-terror əməliyyatı (ATƏ) zonasında separatçıların açdığı atəş nəticəsində iki hərbçi ölüb, daha altısı yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə ATƏ-nin mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

    "... İki hərbçimiz ölüb, altısı yaralanıb", - deyə məlumatda bildirilir.

    Ötən sutka ərzində ATƏ zonasında vəziyyətin gərginləşməsi nəticəsində Ukraynanın 1 hərbçisi ölüb, 18-i yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi