Ukrayna səfiri: "Xəbərdarlıqlara boyun əymirik, mübarizəmizdən geri çəkilməyəcəyik"

Ukrayna səfiri: "Xəbərdarlıqlara boyun əymirik, mübarizəmizdən geri çəkilməyəcəyik" “Müzakirələr bir-birimizə silah tuşlamaqdan daha yaxşıdır”.
Digər ölkələr
12 Mart , 2022 16:38
Ukrayna səfiri: Xəbərdarlıqlara boyun əymirik, mübarizəmizdən geri çəkilməyəcəyik

“Müzakirələr bir-birimizə silah tuşlamaqdan daha yaxşıdır”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Təəssüf ki, raketlərin qadınlarımızı və uşaqlarımızı hədəf aldığı vaxtda danışıqlar aparmağa məcburuq. Rusiya Ukrayna təzyiq göstərmək istəyir. Amma Ukrayna xalqının və hökumətinin qətiyyətini görürsünüz. Əminəm ki, bu qətiyyətə görə biz Avropada yer tutmağa layiqik. Ən böyük tələbimiz görüşlərin nəticə verməsidir. Rusiya bəzi məsələlərin həllinə hazır olmalıdır. Biz xəbərdarlıqlara boyun əymirik, mübarizəmizdən geri çəkilməyəcəyik. Biz bir tərəfdən özümüzü müdafiə etməyə davam edəcək, digər tərəfdən də müzakirələrin davam etməsinə çalışacağıq. İstəyimiz Rusiya qoşunlarının Ukraynadan çıxmasıdır”, - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi