Ukrayna Rusiyaya məxsus tankeri saxlayıb

Ukrayna Rusiyaya məxsus tankeri saxlayıb Ukrayna Milli Təhlükəsizlik Xidməti Odessa yaxınlığında Rusiyaya məxsus “Neyma” tankerini saxlayıb.
Digər ölkələr
25 İyul , 2019 15:57
Ukrayna Rusiyaya məxsus tankeri saxlayıb

Ukrayna Milli Təhlükəsizlik Xidməti Odessa yaxınlığında Rusiyaya məxsus “Neyma” tankerini saxlayıb.

“Report” “Meduzai”yə istinadən xəbər verir ki, buna səbəb adıçəklilən gəminin ötən il noyabrın 18-də Kerç boğazında Ukrayna gəmilərinin yolunu bağlamasıdır.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin Hərbi Prokurorluğunun nəzarətilə məsələyə dair ilkin istintaq başlayıb.

Qeyd edək ki, ötən il baş verən hadisə zamanı Rusiya Sahil Mühafizəsi 24 ukraynalı dənizçini əsir götürüb. Rəsmi Kiyev hesab edir ki, Rusiya izi itirmək üçün həmin tankerin adını dəyişdirərək “Nika Spirit” qoyub.

Son xəbərlər

Orphus sistemi