Yuxarı

Ukrayna Mixail Babiçi Rusiyanın yeni səfiri kimi qəbul etmir

Yelena Zerkal: Hazırda Rusiyanın Ukraynadakı səfirinin təyinatı məsələsi gündəmdən çıxarılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Ukrayna Mixail Babiçi Rusiyanın yeni səfiri kimi qəbul etmir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin Avropa inteqrasiya üzrə müavini Yelena Zerkal məlumat verib.

Onun sözlərinə görə, hazırda Rusiyanın Ukraynadakı səfirinin təyinatı məsələsi gündəmdən çıxarılıb.

XİN başçısının müavini bildirib ki, Ukraynanın çoxdan Moskvada səfiri yoxdur və Ukrayna normal fəaliyyət imkanları baxımından məhduddur, başqa sözlə, Rusiyanın Kiyevdə səfirinin olmaması Ukrayna və Rusiya arasındakı münasibətlərə heç bir təsir göstərməyəcək.

Xatırladaq ki, bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovun Rusiyanın Kiyevdəki səfiri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul edib. Bundan sonra Rusiya tərəfi Kiyevdən Rusiya prezidentinin Volqa Federal Dairəsində səlahiyyətli nümayəndəsi olan və əvvəllər güc strukturlarında işləyən Mixail Babiçin səfir təyin edilməsinə razılıq verməsini xahiş etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi