Ukrayna Rusiyanı Krımda körpü tikintisinə görə məhkəməyə verəcək

Ukrayna Rusiyanı Krımda körpü tikintisinə görə məhkəməyə verəcək Rəsmi Kiyev Azov dənizində suyun kimyəvi tərkibinin dəyişəcəyindən ehtiyatlanır
Digər ölkələr
29 Sentyabr , 2017 19:51
Ukrayna Rusiyanı Krımda körpü tikintisinə görə məhkəməyə verəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Ukrayna Rusiyanı Krımda körpü tikintisinə görə məhkəməyə verməyə hazırlaşır. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko məlumat verib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Petr Poroşenko Kerçensk körpüsünün tikintisi nəticəsində dəymiş ekoloji ziyana görə Rusiyanı məhkəməyə verməyi tapşırıb. 

Ancaq Svyatoslav Tseqolko Ukrayna prezidentinin hansı məhkəməyə müraciət edəcəyini açıqlamayıb.

Qeyd edək ki, Ukrayna Azov dənizində suyun kimyəvi tərkibinin dəyişəcəyindən ehtiyatlanır. 

Son xəbərlər

Orphus sistemi