Ukrayna Rusiyadan 43 növ ərzaq məhsulunun idxalına qadağa qoyub

Ukrayna Rusiyadan 43 növ ərzaq məhsulunun idxalına qadağa qoyub Müvafiq qərar Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunub
Digər ölkələr
3 Yanvar , 2016 05:15
Ukrayna Rusiyadan 43 növ ərzaq məhsulunun idxalına qadağa qoyub

Bakı. 3 yanvar. REPORT.AZ/ Ukrayna hökuməti 2016-cı il yanvarın 10-dan Rusiyadan ölkəyə gətirilməsi qadağan olunan ərzaq məhsullarının siyahısını təsdiqləyib.

Müvafiq qərar Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunub. Qeyd olunur ki, qərar 2016-cı il yanvarın 10-dan qüvvəyə minir və avqustun 5-də, yaxud Ukrayna istehsalı olan kənd təsərrüfatı mallarının, məhsul və xammalın Rusiya Federasiyasının gömrük ərazisinə daxil olmasına qoyulan qadağanın ləğv olunmasından sonra qüvvədən düşür.

Xatırladaq ki, Ukrayna tərəfi bu addımı Rusiyanın tətbiq etdiyi embarqoya cavab olaraq atıb. Belə ki, Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalayıb.

Gətirilməsi qadağan olunan malların siyahısına ümumilikdə 43 növ ərzaq məhsulu, o cümlədən çörək-bulka, konditer məmulatları, şokolad konfetləri, ət, balıq, kofe, qara çay, uşaq qida məhsulları, filtrli siqaretlər, pivə, araq, həmçinin digər mallar daxildir.

Son xəbərlər

Orphus sistemi